Tərkibi:
— 3 stəkan əzilmiş qoz
— 2 stəkan bulqur
— 2 ədəd quru soğan
— 3 diş sarımsaq
— 1 dəstə cəfəri
— 1 xörək qaşığı pul bibər
— İstiot
— Duz
— Cirə
— Nanə
— Kahı
— 1 qaşıq tamat
— Yağsız qiymə (ət maşınından iki dəfə keçirilməlidir)
Hazırlanması:
— Bulqurları 2 stəkan isti suda isladın.
— Əzdiyiniz qozları bulğura qatıb soğanları nazik doğrayın.
— Tamat, ədviyyatları, sarımsağı əzib əlavə edin.
— 1 çay qaşığı duz əlavə edin.
— Bulğur yumşalana kimi bu qarışımı yoğurun.
— Yoğurarkən yanınızda 1 kasa ilıq su qoyun ki, arada əlinizi isladasınız.
— Sonuncu dəfə yoğurma zamanı nanə və cəfərini doğrayın.
— Ovuc içi böyüklüyündə balaca kiftələr hazlrlayaraq boşqablara düzdüyünüz kahıların üzərinə qoyun. Yanında ayranla süfrəyə verə bilərsiz. Nuş olsun!