Dəmirqapı Dərbənddən maraqlı faktlar

Dəmirqapı Dərbənddən maraqlı faktlar

XVII əsrin böyük səyyahı Övliya Çələbinin “səyahətnamə”sində Bondərbab limanının , yaxud Babüləbvab şəhərinin, İsgəəndərin Zülqəneyin divarlarının – Dəmirqpı qalasının təsviri belədi:

“Bəzi tarixçilərin yazdıqlarına görə bu qalanın əsasını hökmdar İsgəndər Zülqərneyn qoymuşdur. Qalanın Dəmirqapı adlanmasının səbəbi budur ki, divarlar tikilərkən isgəndərin əmriylə oraya, önünə isə gözətçilər qoyulmuşdu. Ənüşirəvanın dövrünədək salamat qalan həmin qapılara həmin qapılara görə qalaya Dəmirqapı deyilmişdir. Sonralar qalanı sıra ilə Ənüşirəvan, Yəzdəgird, Şah İsmayıl və Özdəmir oğlu Osman Paşa bərpa etmişdir. Qalanın qərb tərəfi Xəzər dənizinə baxır, onun əsas divarlarını dalğalar döyəcləyir. Qalanın dənizə açılan liman darvazaları üzərində fars dilində şerlər və divarların Yəzdəgirddən sonra Xəzər şah tərəfindən tikilib başa çatdırıldığı barədə məlumat həkk edilmişdir. Dəniz tərəfdən baxdıqda İsgəndərin tikdirdiyi divarlar yaxşı görünür. Denonun misirin Firon ehramlarından bəhs edərkən göstərdiyi vacib bir məsələ - Misir ehramları kimi, burada da giriş-çıxışın olmaması qalanın qədimliyinə sübutdur.

Hündür təpə üzərində inşa olunmuş bu qala beşbucaq şəklindədir.

Qalanın içərisi: Qalanın dörd divarına hörülmüş daşlar fil bədəni böyüklükdədir. Onların birini heç əlli adam da qaldıra bilməz. Qalanın içində gillə örtülmüş 1200- ə qədər ev var. Cənub tərəfdə divarın lap yaxınlığında böyük bir saray tikilib, həmin saraya böyük bir məscid söykənir. Minarəsi sınıq bu məscidin yanında isə Osmanlı memarlığı stilində gözəl bir hamam inşa olunub. Şərqə açılan Qayıq-qapıdarvazası yanında özdəmirzadə Osman paşa məscidi, karvansaralar, dükanlar, yerləşir. İbn-hövkəlin verdiyi məlumata görə şəhər 17-ci iqlim vilayətində, 5-ci həqiqi iqlim kənarında yerləşir. Havası və suyu xoşagələndir. ən uzun gündüzün uzunluğu 17 saat 7 dəqiqə 2 saniyədir.

Dəmirqapının müqəddəs yerləri: Ətiqa adlı qadından doğulımuş Üüməyya xəlifəsi Əbdülməlik caysız-hesabsız qoşunla Dəməşqdən çıxaraq Dəmirqapıya gəlmiş və müharibəyə başlamışdır. Onun yaxın adamlarından 700 nəfəri vuruşmada ölmüş və Dəmirqapının qərb divarları arxasında dəfn olunmuşdur. Həmin qəbiristanlıq şəhərdən bir ağac (6.3 km) məsafədədir. Qəbir daşları üzərində süls və kufi xətləri ilə onların adları və ölüm tarixləri yazılmışdır. Məhəmmədin ardıcıllarından 70 nəfərhədis müəlliflərinin qəbirləri də burdadır. Üstü gözəl xətlə yazılmış bir neçə yüz Osmanlı qəbri də var. Müqəddəs yerlərdən biri də çəbəl Ərbəin, yaxud Qırx dağ və ya Qırx türbə adlanır. Bunlar qırx məşhur adamın sərdabələridir. Bundan başqa, böyük sultan Dədəqorqudun məzarı da burdadır. Eramızın yeddinci yüzilliyində tikildiyi güman edilən Cümə məscidi nadir tikili örnəyidir. Cümə məscidi ətrafında aparılan qazıntılar onun islamaqədərki inanışın məbədi olduğunu göstərir. Tikili sonralar islamlaşdırılıb.

Dərbəndlilərin şirin azərbaycancası: Qədim yurdun sözləri o zamanın yadigarı kimi aşağıda:Şafa – lalə Pilan – ot Qutta – səhəng Cümcümə - yaş, sulu Muzı – soyuqqanlı Nalça – balaca döşəkçə Caqqu – cib bıçağı Aba – ana Qənnac – tərs adam Gülbəndi – kəlağayı Əriş – eybəcər Keçə - arvad xasiyyətli kişi Hoxar – uzun Keçər – yosun Xətkeş – çörək Beçə - nazik budaq Cudı – qutab Meşmeşi - ərik Murtuzalay – göy qurşağı Buluşgə - don Yuğurt – qatıq Allahunə - dilənçi Pağla - balaca Çekçeki – zil qara Aralıq – dalan Laşqarın – çoxyeyən

Top