Pomidor boğçaları

Pomidor boğçaları

Ərzaqlar:
3 yemək qaşığı qatıq (varsa süzmə)
3 ədəd kartof
1 ədəd yerkökü
2 ədəd xiyar
3 yemək qaşığı mayonez
4 diş sarımsaq
duz
15-20 pomidor

Hazırlanması:
1. Süzülmüş qatığınız yoxsa, bir gecə öncədən içərisinə kağız dəsmal sərilən bir süzgəcə 3 yemək qaşığı qatıq tökün. Süzgəci boş bir qatıq qabına və ya kasaya qoyun və bu vəziyyətdə soyuducuda saxlayın.

2. Yerkökü və kartofu qaynadın. Balaca küplər şəkildə doğrayın.  

3. Xiyarın qabıqlarını soyun. Bunları da həmin şəkildə doğrayın.  

4. Qatığın içinə döyülmüş sarımsaq, mayonez, doğranmış xiyar, yerkökü, kartof və duz əlavə edib qarışdırın. 

5. Pomidorların başına yavaşca kəsin və içlərini oyun. İçinə salatı doldurun. Cəfəri ilə bəzəyərək süfrəyə verin.
Top