Sobada ətli düyü

Sobada ətli düyü

Lazım olan ərzaqlar: 

1 stəkan düyü 

400-500 qr çəkilmiş mal əti

1 soğan 

2 yumurta 

150-200 qrHollandpendiri

2 x.q. xama 

4-5 pomidor

duz

istiot

Düyünü yuyub, suyunu süzüb 1 xörək qaşığı duz əlavə olunmuş suda qaynadıb süzün. Çəkilmiş əti xırda doğranmış soğan ilə duz, istiot, sarıkök vurub qovurun.Hollandpendirinin 2/3 sini sürtkəcdən keçirin. Düyünü, qovrulmuş əti, holland pendirini və yumurtaları bir qabda qarışdırın.

 

Bu qarışımı soba üçün qaba yayıb üzərinə xamanı çəkin.


Pomidorları nazik halqalar şəklində doğrayıb xamanın üzərindən düzün və sobada 190 dərəcədə 15-20 dəqiqə bişirin.



Sobadan çıxarıb holland pendirinin qalan hissəsini də sürtkəcdən keçirib yeməyin üzərinə səpin və yenidən sobaya qoyun.

Pendir əriyəndə yeməyi sobdan çıxarın.

 

Nuş olsun!

Top