Tərkibi:
1,5 kq çəyirdəyi çıxarılmış şaftalı
1 kq şəkər tozu
darçın çubuğu
limon
Hazırlanması:
Yetişmiş, amma bərk şaftalı eçin. Yuyun (üstünə qaynar su töküb qabığını soymaq da olar). Dənəsini çıxarıb dilimləyin.
Üzərinə şəkər tozu səpib 1 saat saxlayın. Çox zəif ocağın üstünə qoyun. İçinə darçın çubuğu salın. Qaynara düşəndə ocaqdan götürün.
Proseduru daha iki dəfə təkrar edin. Hər dəfə də çox zəif odda, hərdənbir taxta qaşıqla qarışdıraraq bişirin. Axırıncı dəfə bir limonun şirəsini əlavə edib daha 10-15 dəqiqə qaynadın.
Mürəbbəni qaynar-qaynar steril bankalara yığıb ağzını bağlayın və tərs çevirib soyuyanadək saxlayın.