Qəlyanaltı - Yuxa bükməsi

Qəlyanaltı - Yuxa bükməsi

Ərzaqlar:
    
     20 ədəd balaca yuxa

     200 q ağ pendir (qoyun pendiri, brınza ya da digər bərk pendir növləri )

     4 ədəd pomidor

     4 dəstə göyərti (keşniş, şüyüd, nanə, tərxun) (Tərxun ilə nanədən az keşniş ilə şüyüddən çox olmalıdır.)

     Qızartmaq üçün zeytun yağı

     Pendir şit olsa duz istifadə edə bilərsiniz.      



Hazırlanması:
Pendiri sürtgəcin böyük gözündən keçiririk.


 Pomidorun qabığını soyub xırda doğrayırıq.


 Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq


 Ehtiyatla göyərti, pomidor və pendiri qarışdırırıq.


 Bir yuxanı götürüb bir tərəfdən qarışıqdan uzunsov qoyub yuxanı əvəlcə başdan sonra yanları içəri qatlayıb boru şəklində bükürük.

 

 Bütün yuxaları bu qayda ilə hazırlayırıq. Tavada yağı qızdırıb bükmələri qoyub hər bir tərəfini qızardırıq.
 


 Yuxa bükməsi süfrəyə qatıqla verilir.

Nuş olsun!



mənbə: resept.az

Top