Səhər yeməyi, nahar və yüngül qəlyanaltılar üçün əla bir fikirdir. İtalyan buterbrodları çox dadlı və rahat hazırlanan olurlar.
Tərkibi:
2 iri dilim çörək
2 dilim vetçina
zövqə görə 2 dilim pendir
4 reyhan yarpağı
bibər
duz, istiot zövqə görə
Hazırlanması:
Bir qat çörək, bir qat vetçina, sonra 2 reyhan yarpağını düzüb, bibər töküb, pendiri, qalan reyhanı yayırıq və üzərinə bir dilim çörək qoyuruq.
Duz və istiotu zövqə görə əlavə eliyə bilərsiniz, lakin pendirin və vetçinanın sayəsində buna heç ehtiyac da yoxdur.
Əgər toster və ya dəmir vafliniz varsa, yeməyi ora qoyub, qızılı rəng alana qədər qızardırıq. Əgər yoxdursa, yağsız qızmış tavaya qoyub, üzərindən basaraq iki tərəfidə xırçıldılı olana qədər qızardırıq.