Tərkibi:
300 qr toyuq döş əti
3 yumurta
300 qr göbələk
2-3 ədəd kartof
1 baş soğan
60 qr rəndələnmiş pendir
Mayonez
Duz
Hazırlanması:
Toyuğun döş əti, kartof və yumurta hazır olana qədər qaynadılır.
Göbələk xırda doğranıb soğanla bərabər qızardılır, duzlanır. Salat qat-qat olacaqdır.
1-ci qat Qaynadılmış toyuq əti didilir, salat qabını içərisinə qoyulub üzərinə mayonez çəkilir.
2-ci qat Kartof rəndədən keçirilir, duzlanır və mayonez çəkilir.
3-cü qat Eyni qayda ilə yumurta da rəndədən keçirilir, duzlanır və mayonez çəkilir. 4-cü qat Qızardılmış göbələk.
5-ci qat Rəndələnmiş pendir.
Hazır salatın üzəri mayonezlə örtülür, konservləşdirilmiş göbələklər və göyərti ilə bəzədilir. Nuş olsun!