Badımcan mürəbbəsi

Badımcan mürəbbəsi

Tərkibi:
təmizlənmiş badımcan — 1 kq
şəkər — 1,5 kq
limon duzu — 1,5 q
vanilin — 0,5 q

Hazırlanma qaydası:
Mürəbbə bişirmək üçün 3-4 günlük xırda badımcanlar götürülür. Saplağı kəsilir, qabığı soyulur və 5-6 saat soda məhlulunda saxlanılır.

Sonra badımcanlar yuyulur, bir neçə yerdən deşdəklənir, üzərinə qaynar şərbət tökülüb 8-10 saat saxlanılır.
İkinci gün şərbət süzülür, qaynadılır və badımcanların üstünə tökülür.

Üçüncü gün əməliyyat təkrar edilir və 6-8 dəqiqə badımcanlar şərbətdə bişirilir.
Dördüncü gün isə mürəbbə hazır olana kimi bişirilir, limon duzu və vanilin əlavə olunur.
Top