Tərkibi:
pomidor — 1kq
şəkər — 1,3kq
vanilin – 0,5q
Hazırlanması:
Mürəbbə bişirmək üçün xırda gavalıya oxşar pomidorlar götürülür.
Pomidorlar 5-8 saniya qaynayan suya salınıb dərhar soyuq suda soyudulur və qabığı təmizlənir.
Pomidorların üzərinə qaynar şərbət tökülüb 1 gün saxlanılır.
İkinci gün şərbət süzülür, qaynadılır və pomidorların üstünə tökülür.
Üçüncü gün əməliyyat təkrar edilir.
4-cü günü isə mürəbbə hazır olana kimi bişirilir.
Ətir üçün vanilin və ya meyvə cövhəri əlavə edilir.