Tərkibi:
2-3 ədəd badımcan
2-3 ədəd qabaq
6-7 ədəd pomidor
6-7 ədəd pomidor (sous üçün)
1-2 ədəd bolqar bibəri (sarı, qırmızı)
1-2 ədəd soğan
2-3 diş sarımsaq
1 ədəd acı bibər
1 dəstə cəfəri
2 x/q tomat pastası
Yağ
Duz
Hazırlanması:
Əvvəlcə sousu hazırlayırıq. Soğan xırda doğranıb yağda azca qovurulur, üzərinə xırda doğranmış bolqar bibəri əlavə edilir.
Pomidoru xırda doğrayıb və ya sürtkəcdən keçirib soğanın üzərinə əlavə edirik. 6-7 dəqiqə sonra tomat pastası, duz əlavə edilib birlikdə qarışdırılır.
Badımcan, qabaq, pomidor halqa-halqa doğranır.
Sobaya qoyulacaq bir qab götürülür, hazır sous əlavə edilir.
Gördüyünüz kimi pomidor, qabaq və badımcan sousun üzərinə yığılır.
Cəfəri, sarımsaq, acı bibər xırda-xırda doğranılır, duz və yağ əlavə edilib qarışdırılır.
Hazırladığımızı badımcan, qabaq, pomidorun üzərinə hərtərəfli səpirik.
Qabın ağzını folqa ilə bağlayıb, 180-200 dərəcədə sobada hazır olana qədər bişiririk. Hazır yeməyi 15 dəqiqə saxlayıb sonra süfrəyə veririk.
Nuş olsun!
qadin.net