Tərkibi:
Yumurta- 4 ədəd
Toyuq əti(hisə verilmiş)- 150 qr
Soğan — 1 ədəd
Alma — 2 ədəd
Pendir — 100 qr
Qoz — 150 qr
Mayonez
Salat yarpaqları
Hazırlanması:
Böyük bir boşqabda əvvəlcə yuyulmuş salat yarpaqları qoyulur. Sonra yuxarıda yazdığımız tərəvəzlər qat-qat yığılır.
1-ci qat — rəndələnmiş yumurta ağları, 2-ci qat — xırda doğranmış hisli toyuq əti, 3-cü qat – mayonez, 4-cü qat — halqa-halqa doğranmış soğan, 5-ci qat — rəndələnmiş turş alma, 6-cı qat – mayonez, 7-ci qat — rəndələnmiş pendir, 8-ci qat — xırdalanmış yumurta sarıları, 9-cu qat – mayonez, 10-cu qat — xırdalanmış qoz ləpəsi.
Bunlar bitdikdən sonra yumurtanın birindən tısbağa başı düzəldilir. Ayaqları yarım qoz ləpəsindən. Üzəri mayonezlə bəzədilir.
Ya da başqa üsulla üzəri qoz ləpələri ilə örtülərək bəzədilir.
Nuş olsun!