Ərzaqlar :
2 ədəd qabaq
Yarım dəstə şüyüd
1 stəkan qatıq
3 yemək qaşığı mayonez
2 yemək qaşığı duru yağ
Duz
Hazırlanma qaydası:
İlk olaraq qabaqları rəndələyin. 2 qaşıq duru yağda qabaqları yumuşalana qədər qovurun.
Qabaqlar isindikdən sonra incə doğranmış şüyüdü, qatığı və mayonezi əlavə edib qarışdırın. Zövqə görə duz da əlavə etmək olar. Nuş olsun!