Ərzaqlar:
250 qr iri makaron növü
3 stəkan qatıq (1 stəkanını Sour cream istifadə edə bilərsiniz)
1 yemək qaşığı mayonez
1 stəkan miqdarında qaynadılmış qarğıdalı dənəsi
1 stəkan miqdarında qaynadılmış yaşıl noxud
Yarım stəkan miqdarında xırda doğranmış kornişon turşusu
1 ədəd çuğundur
1 yemək qaşığı kərə yağı
3 diş sarımsaq
1 dəstə brokoli
1/2 dəstə cəfəri
Duz
Qeyd: İstəyə görə, sosis, qızardılmış, didiklənmiş toyuq əti də əlavə edə bilərsiniz.
Sous üçün:
1/2 çay stəkanı duru yağ
1 yemək qaşığı qırmızı pul bibər
3 yemək qaşığı üzüm sirkəsi
Hazırlanma qaydası:
Makaron duzlu suda qaynarkən qazanın üzərinə metal bir süzgəc qoyun və çiçəklərə böldüyünüz brokoliyi buxarda 7-8 dəqiqə qaynadın. Brokolinin rənginin canlı qalması üçün buzlu su ilə soyudun.
Makaron istədiyiniz yumşaqlıqda bişdikdən sonra, süzün və 1 qaşıq kərəyağı ilə qarışdırın. Sarımsaqları incə-incə rəndələyin və qatıqla qarışdırın. Qaynadılmış çuğundurun qabıqlarını soyun və rəndədən keçirin.
Daha sonra 1 stəkan qatıqla qarışdırın və bir kənara qoyun. Makaron və brokoli istisna olmaqla, bütün ərzaqları qarışdırdıqdan sonra makaronu da qarışdırıb dərin bir qaba qoyun. Ayırdığınız çəhrayı rəngli qatığı ən üstə yayın.
Brokolilərin suyunu kağız dəsmal üzərində əmdirdiktən sonra qabın ətrafına sıralayın və fotoşəkildəki kimi asan və qəşəng bəzəmələr edin. Duru yağı bir qəhvədanda istilədib ocaqdan alın və qırmızı bibəri əlavə edərək qarışdırın, ən son sirkəni əlavə edərək sous kimi istifadə edin. Nuş olsun!