Mərakeş salatı

Mərakeş salatı

Mərakeş salatın hazırlanmas qaydası

Tərkibi (4 pay):
500 q təzə xırda kartof
16 iri dənəli qara zeytun
1 orta boy şirin soğan
1 dəstə cəfəri

sous:
4 x.q. limonu şirəsi 
1/2 ç.q. zeytun yağı
1/2 ç.q. şirin qırmızı istiot
1 çimdik zirə, acı qırmızı istiot, duz

Hazırlanması:

Kartofu şotka ilə tərtəmiz yuyun. Üstünə qaynar su tökün, ocağın üstünə qoyun, qaynara düşəndən sonra 20 dəqiqə bişirin. Suyunu süzün, kartofu qurudun. Xırda kartofları olduğu kimi saxlayın, bir az irilərini 2, yaxud 4 bölün.
Sous üçün lazım olan ərzaqları qarışdırın, isti kartofun üstünə töküb qarışdırın.
Soğanı çox nazik halqalara doğrayın. Cəfərinin yarpaqlarını yolun, budaqlarını atın.
Zeytunu bıçağın enli tərəfi ilə əzin, dənəsini çıxarın.
Soğanı, zeytunu, cəfərini kartofla qarışdırın.
Süfrəyə isti və ya soyuq halda verə bilərsiniz.

Nuş olsun!

Top