Samsa şirniyyat ləzzəti

Samsa şirniyyat ləzzəti

Tərkibi:
400 qr milföy xəmiri (təxminən 8 yarpaq olur)
1 su stəkanı döyülmüş qoz (əsl reseptində badam istifadə olunur)
4 şorba qaşığı toz şəkər
2 ədəd yumurta ağı

Sirop üçün:
6 qəhvə fincanı şəkər tozu
4 çay stəkanı su
1 ədəd limon

Hazırlanması:
Dərin bir qabda çəkilmiş qozu, şəkəri və yumurta ağını qarışdırın.
Milföy xəmirini 2 ml qalınlığında nazildib hazırladığınız qozlu qarşımız arasına yayın və rulo şəklində qatlayın.

Hazırladığınız rulonlarda bir kənarda 45 dq. dincəlməyə buraxın.
Digər tərəfdə sirop üçün; suyu, şəkər tozu və 1 ədəd limonun suyunu bir qabda qaynadın.

Dinlendirdiyiniz xəmir rulonlarını kiçik dilimlər halında kəsib orta dərəcədəki istilikdə təxminən 40 dəqiqə üzərləri yaxşıca qızarana qədər bişirin. Sobadan çıxardığınız isti şirniyyatların üzərinə siropunu tökərək soyumağa buraxın. Nuş olsun!

Mənbə: metbex.net
Top