Tərkibi:
500 qr qızıl balıq
100-200 qr göbələk
50 qr holland pendiri
1 ədəd soğan
1 st düyü
1 x/q «Wellington» kərə yağı
Keşniş
Şüyüd
Kəvər
Bitki yağı
Göyərti
Duz
İstiot
Hazırlanması:
Göbələk təmizlənib doğranır.
Soğan təmizlənib, ikiyə bölünüb, nazik doğranır.
Tavaya kərə yağı və bitki yağı əlavə edilir.
Göbələk və soğan əlavə edilib qızardılır.
Düyü bişirilib süzülür və göbələk-soğan qızardılmışı, xırda doğranmış göyərti, duz, istiot əlavə edilib ehmalca qarışdırılır.
Listə yağlı kağız sərilir. Kəvər yarpağı halqa şəklinə salınır. Duz-istiot vurulmuş balığı həmin halqanın ortasına yerləşdiririk. Əgər kəvər olmasa, folqadan da istifadə edərək balığı dairə şəklinə gətirmək mümkündür.
Hazır içlikdən halqanın ortasına qoyulur.
Üzərinə sürtkəcdən keçirilmiş pendir səpilir və 180 dərəcədə hazır olana qədər sobada bişirilir.
Yeməyimiz hazırdır. Zövqünüzə uyğun olaraq bəzəyib süfrəyə verə bilərsiniz
Nuş olsun!