Yay salatı

Yay salatı

1 balaca banka yaşıl noxud (qarox)

2 ədəd pomidor

1 ədəd bibər (qırmızı, yaşıl, sarı hansından istəsəniz istifadə edə bilərsiniz)

2 x.q zeytun yağı

2-3 şüyüd

Duz

Hazırlanması:

Göy noxudu yuyub suyunu süzürük. Pomidoru yuyub dörd bölüb nazik doğrayırıq.

 Bibəri yuyub təmizləyib nazik uzun doğrayırıq.

Şüyüdü təmizləyib yuyub xırda doğrayırıq.

Doğranmış ərzaqları qarışırırıq. 

Üstünə duz və yağ töküb yenidən qarışdırırıq.

 Salatımız hazırdır.

Nuş olsun!

 

Top