Sürprizli kartof

Sürprizli kartof


Tərkibi (2 pay üçün):

4 bişmiş kartof
4 bildirçin yumurtası
bərk pendir
duz istiot

Hazırlanması:

Bu təamın hazırlanmasında iri kartofdan istifadə edin.

Kartofu bişirib soyudun, qabığını təmizləyin.

Çay qaşığı ilə içini çıxarın.

Hər birinin içinə bildirçin yumurtası qırın. Duz, istiot vurun.

Pendiri sürtgəcin iri gözündən keçirin. Kartofların üzərinə səpin. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.


Nuş olsun!

Top