Pendirli omlet

Pendirli omlet

Ərzaqlar:
2 ədəd iri yumurta
1 çay qaşığı su
1 xörək qaşığı Westgold kərə yağı
Duz
İstiot
2 xörək qaşığı sürtgəcdən keçirilmiş Kaşar pendiri və ya Mozzarella pendiri
Xırda doğranmış cəfəri

Hazırlanma Qaydası:
Yumurtaları orta ölçülü kasanın içinə qırın. Su və zövqə görə duz əlavə edib çəngəllə bir necə dəqiqə ərzində qarışanadək çırpın.

Orda ölçüdə olan bir tavanı orta istilikdə (yüksək olsa sonradan əlavə edəcəyiniz yağ yanar) qızdırın. Tava qızan kimi kərə yağını buraya əlavə edib, əridin.

Yağ əriyən kimi, yumurtalı kütləni tavaya tökün. Təxminən 5 dəqiqə ərzində, və yaxud omletin altı özünü tutub yüngülvari qızarana qədər bişirin.

Omletin üstü bir qədər yumuşaq qalıb və çox bərkiməmişkən, buraya pendiri sərpişdirib, spatula vasitəsiylə omleti ikiyə qatlayıb, qaba sürüşdürün. Pendir isti omletin arasında əriyəcək.

Omletin üstünə zövqə görə istiot və çəfəri səpib süfrəyə verin.
Top