"Stəkan" salatı

"Stəkan" salatı

 «Stəkan» salatı

Tərkibi:

2 xiyar
100 qr. pendir ( Feta pendiri)
qırmızı bolqar bibərinin 1/3
sarı bolqar bibərinin 1/3
2 x.q. qara zeytun
4 yarpaq göy soğan
nanə yarpaqları (bəzək üçün)
duz

Hazırlanmas:

Xiyarın qabığın zolaqlı təmizləyin. Hər birini 6 bərabər hissəyə bölün. Çay qaşığının köməyilə hər birinin içini oyun («stəkan» əmələ gəlməsi üçün). Zövqünüzə görə duzlayın.

Bolqar bibərləri, feta pendiri, zeytun və göy soğanı xırda doğrayın. Bunları qarışdırın. Xiyardan olan «stəkan»ların içinə doldurun.

  

P.S: xiyarın içini oyub içinə başqa salatlar da doldura bilərsiniz. Amma çalışın, onların tərkibində toyuq əti olmasın. Xiyar toyuğun təbii dadını çox gücləndirir.

Nuş olsun!

Top