Tərkibi:
1-2 toyuq
500-700 q qoz
2 qırmızı baş soğan lavaşana (alça turşusu)
Hazırlanması:
Toyuğu təmizləyin.
Lavaşananı xırda-xırda doğrayın, bir kasaya yığıb üstünə qaynanmış su tökün.
Əvvəlcə qozu ət maşınından keçirin.
Sonra isə soğanı ət maşınından keçirin, ya xırda gözlü ələyə yığın, ya da cunanın arasına qoyub suyunu sıxın. Suyu sıxılmış soğanı kərə yağında qovurun.
Sonra qozla və islatdığınız lavaşana ilə (bir qaşıq toyuğun üzərinə çəkmək üçün saxlayın) qarışdırın. Heç duz-istiot da gərək deyil.
Bu qiyməni toyuğun içinə doldurun. Budların yuxarı hissəsindən bıçaqla çərtin və toyuğun ayaqlarını çarpaz şəkildə onlardan keçirin. Üzərinə saxladığınız alça turşusundan çəkin.
190 dərəcə qızdırılmış sobada təxminən saat yarım bişirin.