Umac Halvası

Umac Halvası

Tələb olunan ərzaqlar:

un — 1 kq.
kərə yağı — 0,5 kq.
duz — 1 çimdik
darçın — 1 ç.q

Şərbət:

su — 3 stəkan
şəkər tozu — 1 kq.
sarıkök və ya zəfəran

Hazırlanma qaydası:

Una su çiləməklə umac edin. Umacı aşsüzəndən keçirib süfrəyə sərin, ələnən una yenidən su çiləyib prosesi un bitənədək təkrarlayın. Hazır umacı arada qarışdırmaq şərtilə 4-5 saat qurudun.

İri tavada yağla umacı fasiləsiz qarışdıra-qarışdıra qızılı rəng alana kimi vam odda qovurun. Duz əlavə

edin.

Şərbət:

Suya şəkər tozu və zəfəran (sarıkök) əlavə edib tam həll olunana kimi qızdırın.

Halvanın hazır olub olmamasını yoxlamaq üçün kənarda bir çay qaşığı qovrulmuş umacın üzərinə qaynar şərbət əlavə edin. Qabarcıqlar əmələ gələrsə halva hazırdır. Qarışdırmağı saxlamadan ehtiyatla qaynar şərbəti 2 dəfəyə halvanın üzərinə  əlavə edin. Tam həll olunana kimi qarışdırıb oddan götürün. Qablara çəkib darçınla bəzəyin. Süfrəyə verməmişdən qabaq halvaya qaşıqla forma verə bilərsiniz. Nuş olsun!

Top