«Bəyaz royal» salatının hazırlanma qaydası
Tərkibi:
500 q toyuq əti
300 q göbələk
2 təzə xiyar
3-4 yumurta
100 q pendir
Toyuq ətini suda bişirib doğrayın. Göbələyi qovurun. Xiyarı, bişmiş yumurtaları, pendiri sürtgəcdən keçirin.
Lay-lay düzün: toyuq ət + yumurta + mayonez + göbələk + mayonez + xiyar + mayonez + toyuq əti + yumurta + mayonez + pendir.
Üzərini holland pendiri və zeytunla royal formasında bəzəyin.
Nuş olsun!