Sobada ətli tərəvəzli qat-qat

Sobada ətli tərəvəzli qat-qat

Tərkibi:
1 kq ət
8 ədəd badımcan
1 ədəd baş soğan
2 ədəd şirin bibər
2 ədəd pomidor
2 diş sarımsaq
100-150 q pendir
2 ədəd yumurta
Bitki yağı
Duz
İstiot

Hazırlanması:
Badımcanın qabığını soyub nazik uzun doğrayırıq.
Doğranmış badımcanın üstünə duz səpib, 10-15 dəqiqə saxlayırıq. Sonra sıxıb acı suyunu çıxardırıq. Suda yuyub, sonra sıxırıq. Az duz vurub, qızılı rəngdə olana qədər yağda qızardırıq.
Soğan ilə sarımsağı doğrayıb, duz töküb, yada qızılı rəngdə olana qədər qızardırıq.

Ət ilə qovrulmuş soğanı bir yerdə az qovururuq. Bibəri doğrayıb, yağda az duz səpib, qovururuq.Pomidoru halqa doğrayıb, yağda duz səpib, iki tərəfini də az qızardırıq.

Pendiri sürtgəcin gözündən keçiririk. Tavaya birinci ətlə soğanı sonra badımcanı, bibəri və pomidoru yığırıq. Hazır yeməyi 200 dərəcə qızdırılmış sobaya qoyuruq. Qaynamağa başlayanda sobadan çıxardıb, çalınmış yumurtanı və üstündən pendiri səpirik, yenidən sobaya qoyuruq.
Pendir əriyib qızılı rəngdə olanda götürürük.
Top