Kakaolu darçınlı peçenye

Kakaolu darçınlı peçenye

Tərkibi:
1 ədəd yumurta
1,5 su stəkanı pudra şəkəri
1 paket qabartma tozu
4 çay qaşığı kakao
1 paket marqarin
2 çay qaşığı darçın
3-4 stəkan un
Üzərinə damla şokolad

Hazırlanması:
Otaq temperaturunda marqarini və pudra şəkərinizi yaxşıca yoğurun.

Yumurtanı da əlavə edib bir az da yoğurun.

 Sonda un, darçın, kakao və qabartma tozunuda əlavə edib yumşaq bir xəmir əldə edin.

 İstəyinizə görə forma verin. Yağlı kağız sərilmiş ya da marqarinlə yağladığınız soba nimçəsinə düzün.

 Əvvəlcədən isidilmiş 175 dərəcəlik sobada 25-30 dəqiqə bişirin. Nuş olsun!

Mənbə: metbex.net
Top