Tərkibi:
1 yumurta
1 yumurta ağı
2 stəkan şirin kəsmik
1 stəkan duru yağ
yarım stəkan qatıq
1 paket qabarma tozu
3 stəkan un
1 stəkan manna yarması
Üzəri üçün: 1 yumurta sarısı
Hazırlanması:
1. Yumurtanı, yumurta ağını, kəsmiyi, qatıq və duru yağını dərin bir qabın içərisinə alıb qarışdırın.
2. Mannı yarması, un və qabartma tozunu da əlavə edib xəmir yoğurun.
3. Xəmirdən kiçik parçalar qoparıb yuvarlayın və yağlı kağız sərilmiş soba nimçəsinə düzün.
4. Üzərlərinə yumurta sarısı sürtün.
5. 180 dərəcə sobada üzərləri qızarana qədər bişirin.
6. Sobadan çıxan isti şirniyyatın üzərinə soyuq şərbəti gəzdirib şərbətini canına çəkəndən sonra süfrəyə verin. Nuş olsun!
Mənbə: metbex.net