İçi doldurulmuş Rəngli bibər qəlyanaltısının resepti
5 ədəd rəhgli bibər
200 q ağ (feta) pendiri
100 q xama
1-2 diş sarımsaq
Balaca dəstə şüyüd
Hazırlanması:
Pendir ilə xamanı qarışdırırıq. Sonra sarımsağı təmizləyib yuyub əzib tökürük. Şüyüdü təmizləyib yuduqdan sonra xırda doğrayıb qarışığa əlavə edib qarışdırırıq.
Bibərləri yuyub təmizlədikdən sonra kiçik hissələrə bölürük. Qarışığı böldüyümüz bibərlərin içinə yığırıq
Zövqə görə bəzəyib süfrəyə veririk.
Nuş olsun!