Mini kekslər

Mini kekslər

Tərkibi:
2 yumurta
1 su stəkanı toz şəkər
1 çay stəkanı duru yağ
1 çay stəkanı süd
1 paket qabartma tozu
1 paket vanil
1 paket eti negro (peçenye)
2 stəkana yaxın un

Hazırlanması:
1. Əvvəlcə yumurtaları və toz şəkəri, köpüklənənə qədər çırpırıq.

2. Duru yağ süd qabartma tozu və vanil əlavə edib yaxşıca qarışdırırıq.

3. Sonda ununu əlavə edirik.

4. Kağız Muffins qəliblərinə bu qarışıqdan qoyub, (çox doldurmuruq) üzərinə bir ədəd (eti negro) qoyuruq.

5. 200 dərəcədə isidilmiş sobada 20-25 dəqiqə bişiririk. Nuş olsun!

Mənbə: metbex.net
Top