Bananlı Rafaellonu hazırlanması qaydası
Tərkibi: (Təxminən 30 ədəd «rafaello» üçün)
2 ədəd orta ölçülü banan
150-200 q qoz
150-200 q badam
50 q kokos yonqarı
Blenderdə qozu, sonra isə bananı ayrı-ayrılıqda xırdalayın. Qarışdırın. Onun qatılığı elə olmalıdır ki, kürə düzəltmək mümkün olsun. Əgər duru olsa, yenə qoz və yaxud kokos yonqarı əlavə edə bilərsiniz.
Qoz boyda kürələr hazırlayın. Kokos yonqarına batırın. Soyuducuda 1-1,5 saat saxlayın. Təxminən 30 ədəd «rafaello» alınır.
Nuş olsun!