Bu vitamin dolu şorbanın digər yaxşı cəhətlərindən biri də budur ki, o, improvizasiyalara açıqdır. Məsəl üçün, əgər qıvırcıq otunuz yoxdursa, əvəzində ispanaqdan istifadə etmək olar. Lobya yoxdur? Noxudla əvəz edin. Tərəvəz suyu və ya adi su əvəzinə, toyuq suyundan istifadə etmək olar. Nuş olsun.
8-10 pay üçün
Ərzaqlar:
2 xörək qaşığı zeytun yağı
1 diş sarımsaq - xırda-xırda doğrayın
1 ədəd qırmızı baş soğan - xırda-xırda doğrayın
2 ədəd yerkökü — xırda-xırda doğrayın
2 kərəviz sapı — xırda-xırda doğrayın
1 ədəd kabaçok - xırda-xırda doğrayın
1 ədəd balaca pırasa — yuyun və xırda-xırda doğrayın
Yarım çay qaşığı quru oreqano otu (və ya mərzə) — zəruri deyil
1 ədəd dəfnə yarpağı
2 ədəd 400- qramlıq konservləşmiş doğranmış pomidoş (banka deyil, konservdəkindən)
1 ədəd orta boy kartof — kubiklər şəklində kəsin
1 stəkan gülkələmin “gülləri”
1 ədəd 400-qramlır konservləşmiş ağ lobya — süzün (konser yoxrursa, qurusundan bişirin)
4 stəkan tərəvəz suyu (adi suyla da əvəz etmək olar)
Bir ovuc qıvırcıq (kahıya bənzər acımtraq sıx yarpaqlı tərəvəz), yalnız yaşıl hissəsi — doğrayın (2 stəkan alınmalıdır)
Yarım stəkan əllə qırılmış spagetti makaronu
Bir kiçik dəstə ağ reyhan (zəruri deyil)
Duz və istiot
5 xörək qaşığı rəndələnmiş Parmezan pendiri
Hazırlanma Qaydası:
İri qazanda zeytun yağını orta odda qızdırın. Sarımsaq, soğan, yerkökü, kərəviz, kabaçok, pırasa, oreqano və dəfnə yarpağını əlavə edin. Arada qarışdıra-qarışdıra təxminən 15 dəqiqə, və yaxud tərəvəzlər yumuşalanadək bişirin.
Pomidor, kartof, gülkələm, lobya və tərəvəz suyu (və yaxud adi su) əlavə edin. Qazanın qapağını bağlayın və qaynadın. 30 dəqiqədə, yaxud kartof yumuşalanadək bişirin.
Qazana 2 stəkan adi su əlavə edin və qaynadın. Qaynayan kimi, qıvırcıq və spagetti makaronunu əlavə edib, 10 dəqiqə də bişirin. Makaron bilməlidir. Əgər şorba qatıdırsa, bir az su əlavə edin.
İstəyə görə şorbaya əlinizlə xırdalanmış ağ rehyan elavə edib, qarışdırmaq olar. Düz və istiot vurun. Şorbanı qablara tökün. Ayrı qabra süfrəyə Parmezan pendiri verin. Hər kəs zövgə görə öz şorbasına pendirdən səpə bilər.
Mənbə: azcookbook.com