Tərkibi:
1 dəstə reyhan
6 stəkan isti su
6 xörək qaşığı toz şəkər
3 parça limon duzu (toz halindadirsa 1/3 çay qaşığı)
Hazırlanması:
Reyhanı geniş bir kasaya qoyub üzərinə isti suyu tökürük.
Şəkərini və limon duzunu əlavə edib qarışdırırıq və bu şəkildə gözlədirik.
Limon duzu ərisin deyə arada bir qarışdırırıq.
Süzgəcdən keçirdiyimiz şərbəti soyuduqdan sonra süfrəyə veririk.