Fransız salatı

Fransız salatı

Fransız salatının hazırlanma qaydası:

Tərkibi:

400 q toyuq ciyəri (toyuq əti də ola bilər)

1 soğan

 
3 yumurta

1-2 turş alma

150-200 q bərk pendir

mayonez


Toyuq ciyərini (toyuq əti) bir qədər bitki yağı əlavə etməklə tam bişənəcən qovurun. Sonra isə nazik saman kimi doğrayın.
Soğanı ayrıca qovurun.
Pendiri sürtgəcin iri gözündən keçirin.
Almanı nazik saman kimi doğrayın.
Yumurtanı xırdalayın.
Lay-lay, arasına mayonez çəkməklə boşqaba düzün. Zövqünüzə görə bəzəyin.

Nuş olsun!

Top