Ev şəraitində «Rafaello»nun hazırlanma qaydası.
İnqradientlər:
1 banka qatılaşdırılmış süd
200 q kərə yağı
1 st. badam içi
1 paket vanilli şəkər (və ya 1/5 ç.q. təmiz vanil)
200 q. kokos yonqarı
Hazırlanması:
Otaq tempraturunda olan kərə yağını qatılaşdırılmış süd və vanilli şəkəri ilə əzib qarıçdırın. Sonra kokos yonqarının yarısını (100 q) əlavə edin. Yaxşıca qarışdırıb bir neçə saatlığa soyuducuya qoyun. Badamı azca qovurun. Soyuducudakı qarışıq bərkiyəndə balaca kürələr hazırlayın. Hərəsinin içinə bir ədəd badam qoyun. Sonra bir hissəsini kokos yonqarına, bir hissəsini isə xırdalanmış badama batırın. «Rafaello»muz hazırdır.
Nuş olsun!