Tərkibi:
göyərti: cəfəri, göy soğan, kərəviz
bolqar bibəri
göy noxud (konservə olunmuş da olar)
yumurta
yağsız qatıq
kök
zeytun yağı — 1 x.q.
Hazırlanma qaydası:
Kökü sürtgəcin iri gözündən keçirib zeytun yağında qızardın. Kök qızardıqdan sonra tomat pastası əlavə edin, qarışdırıb alovdan götürün. Göyərtini xırda-xırda, bibəri uzun-uzun doğrayın.
Yumurtanı qaynadın, təmizləyib 4 hissəyə bölün. Noxudun suyunu süzün.
Qaynayan suya qızardılmış kökü, bolqar bibəri və təxminən 4 x.q. göy noxud əlavə edin.
Kərəvizdən başqa digər göyərtiləri şorbaya töküb 10 dəqiqə bişirin. Alovdan götürüb kərəviz, yumurta və qatıq əlavə edin. Nuş olsun!