Tərkibi:
3 və ya 4 ədəd yumurta
1 st.şəkər
200 qr.xama
0,5 st.qoz
1/2 st. bal
2 st. un,
qabartma tozu
1/2 alma
Hazırlanması:
Yumurtalar şəkərlə çalınır, üzərinə xama əlavə edilir.
Sonra Bal əlavə edilir.
Daha sonra isə un və qabardıcı əlavə edilir.
Qozlar üzərinə səpilir.
Bişirəcəyiniz qabın icərisinə yağlı kağız sərilir, alınan kütlə qaba tökülur və üzərinə alma dilimləri qoyulur. Qaralmasınlar deyə azca üzərlərinə limon sıxılır.
Əvvəlcədən isidilmiş duxovkaya qoyulur 180 dərəcədə 40-50 dəqiqə bişirilir.
Nuş olsun!