Rus mətbəxindən ətli salatın hazırlanma qaydası qaydası.
Tərkibi:
400 q qaynadılmış yağsız mal əti
250 q marinə edilmiş göbələk
6 ədəd göy soğan
1 şirin qırmızı bibər
sous:
2/3 st. qatı xama
1 x.q. qıtığotu 2 x.q.
limon şirəsi
duz, istiot
Qaynadılıb soyudulmuş mal ətini nazik dilmərə doğrayın. Göbələyi də uzununa doğrayın. Bibərin toxumunu təmizləyib nazik saman kimi doğrayın. Göy soğanı isə xırda doğrayın. Əti, göbələyi, bibəri, soğanı qarışdırın.
Xamanı qıtığotu, limon şirəsi, duz, istiotla qarışdırıb salatın üzərinə tökün və qarışdırın.
Bu salatı xamasız, bitki yağı ilə də hazırlamaq olar. Bu zaman süfrəyə verərkən boşqaba kahı yarpaqları düzün, salatı üstünə qoyun, üzərinə doğranmış cəfəri səpin. Kahı yarpaqlarını həmçinin salatın içinə də doğraya bilərsiniz.
Nuş olsun!