Fransız salatı

Fransız salatı

Ərzaqlar:
400 q toyuq ciyəri
1 soğan
3 yumurta
1-2 turş alma
150-200 q bərk pendir
mayonez

Hazırlanması:
Toyuq ciyərini bir qədər bitki yağı əlavə etməklə tam bişənəcən qovurun. Sonra isə nazik saman kimi doğrayın.
Soğanı ayrıca qovurun.
Pendiri sürtgəcin iri gözündən keçirin.
Almanı nazik saman kimi doğrayın.
Yumurtanı xırdalayın.
Lay-lay, arasına mayonez çəkməklə boşqaba düzün. Zövqünüzə görə bəzəyin.
Nuş olsun!
Top