Yaşıl noxudlu şorba

Yaşıl noxudlu şorba

Tərkibi:
yaşıl noxud — 1 banka (qaynadılmış olsa daha yaxşı olar, ancaq konservə edilmiş də istifadə etmək olar) 
buğda unu — 2 x.q. 
kərə yağı — 3 x.q. 
süd — 4 stəkan 
duz — zövqə görə 

Hazırlanma qaydası: 
1.
Yaşıl noxudu aşsüzəndən keçirib südlü sousla qarışdırın.

2. Südlü sousu hazırlamaq üçün un yağla azca qovurun, isti süddə həll edib 10 dəqiqə bişirin.

3. Südlə qarışdırılmış noxudu aşsüzəndən keçirin, su ilə duruldub zövqə görə duz əlavə edin. Süfrəyə verməmişdən əvvəl yağ əlavə edin. Başqa bir boşqabda qızardılmış çörək verin. İstəkdən asılı olaraq zəncəfil də əlavə etmək olar, dadlar uyğun gəlir.

Nuş olsun!

Top