Fındıqlı peçenye

Fındıqlı peçenye

fındıqlı pecenyeTərkibi:
1 su stəkanı toz şəkər
1 paket marqarin
2 ədəd yumurta
1 su stəkanı döyülmüş fındıq
Apardığı qədər un
1 paket vanil
1 paket qabartma tozu

Hazırlanma qaydası:

Geniş bir qabda əvvəlcədən yumşalan marqarini, 1 ədəd yumurtanı və şəkəri qarışdırın.

Ardından unu, qabartma tozunu, vanili, döyülmüş fındığı əlavə edib yaxşıca yoğurun.

Kiçik toplar halında yağladığınız soba qablarına düzün.

Üzərlərinə çırpılmış yumurta sarısından sürtün.

Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada bişirin. Nuş olsun.

Top