Kələm salatı

Kələm salatı

4 pay üçün

Tərkibi:
Bir ədəd balaca kələm, təxminən yarım kilo - nazik və uzun-uzun doğrayın
1 xörək qaşığı duz
1 ədəd alma — qabığını soyun və kibrit şəklində doğrayın
3-4 xörək qaşığı göy soğanın doğranmış yaşıl hissəsi
zövgə görə zeytun yağı (adətən günəbaxan yağdan istifadə olunur)
zövgə görə limon suyu
zövgə görə duz
zövgə görə istiot
bir çimdik şəkər tozu (zəruru deyil)
üstünə səpmək üçün hr hansı növ turş giləmeyvə (Mən zirinç səpirəm turşməzə dad üçün)

Hazırlanması:
Kələmi  bir kasaya qoyub üstünə  duzu səpin. Əlinizlə təxminən bir dəqiqə sıxın ki, kələm yumuşalsın. Sonra kənara 15 dəqiqəlik qoyun ki, suyu çıxsın. Sonra suyunu əlinizlə sıxıb kələmi kasaya geri qoyun. Çalısın kələmi çox əzməyəsiniz.

Kələmə alma, zeytun yağı, limon suyu, duz, istiot və şəkər tozu (mən çox vaxt şəkərdən istifadə etmirəm) əlavə edin. Qaba qoyub üstünə turş meyvələri və ya zirinci səpib salatı süfrəyə verin.

Mənbə: azcookbook.com 

Top