İspanaq Şorbası

İspanaq Şorbası

6 pay üçün:
Yarım kilo təzə ispanaq və ya 300 qramlıq dondurulmuş ispanaq paketi (mən təzəsindən istifadə edirəm)
4 xörək qaşığı kərə  yağı
Yarım stəkan doğranmış baş soğan
3 xörək qaşığı un
5 stəkan toyuq suyu (bulyon) (əvvəlcə 4 stəkanını əlavə edin, gərəkdiyində qalanını də qatın)
Zövqə görə duz
Zövqə görə istiot
1 stəkan süd qaymağı
Bir çimdik yel cevizi tozu (zəruri deyil)
Hazırlanması:
İspanağı təmizləyin, sərk saplaqlarını kəsin. Yarpaqları iri-iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız dəsmal və ya çay dəsmalının üstünə  sərin.
Qazanda yağı orta odda əridin. Soğanı əlavə edib tez-tez qarışdıra-qarışdıra şəffaflaşıb yumuşalan, amma qızarmayanadək bişirin. İspanağı buraya əlavə edin. Tez-tez qarışdıra-qarıçdıra ispanaqlar yumuşalanadək (”ölənədək”).
Üstünə unu səpin. Qarışdırın. Toyuq suyunu tökün. Tez-tez qarışdıra-qarışdıra qaynadın. Sonra isə blenderdə püre edin. Alınan püreni qazana geri tökün. Duz və istiot vurun. İstəyə göə, yel cevizi də əlavə etmək olar.
Qaymağı qazana əlavə edin. Qarışdırın. Vam odda şorbanı isti vəziyyətə gətirin, amma qaynatmayın. Şorbanız hazırdır. Əgər şorba çox qatıdırsa,  bir az  toyuq suyu əlavə edib qarışdırın.

Mənbə: azcookbook.com
Top