Vineqred salatı

Vineqred salatı

Tərkibi:vineqred
  • 400 qr çuğundur
  • 300 qr kök
  • 400 qr kartof
  • 200 qr kələm turşusu
  • 200 qr xiyar turşusu
  • 150 qr qırmızı baş soğan
  • duz
  • bitki yağı

Hazırlanması:

  • Çuğundur hazır olana qədər bişirilir.
  • Kartof və kök başqa bir qabda qaynadılır.
  • Qırmızı baş soğan xırda-xırda doğranır.
  • Duzlu xiyar kubik şəklində doğranır.
  • Duzlu kələm, əgər çox duzludursa, əvvəlcə soyuq su altında yuyulur, süzülür, xırdalanır.
  • Kök kubik şəklində doğranır.
  • Çuğundur kubik şəklində doğranır.
  • Kartof kubik şəklində doğranır.
  • Kartof, kök, xiyar, soğan, kələm, çuğundur qarışdırılır, azca duzlanır.
  • Sonda üzərinə bitki yağı gəzdirilir və qarışdırılır.

Nuş olsun!

Vineqred salati resepti — 2


1 porsiya salatın tərkibi:


Suda bişmiş çuğundur – 1 ədəd
Suda bişmiş kartof – 1 ədəd
Suda bişmiş kök – 1 ədəd
Konservləşdirilmiş xiyar – 5 ədəd
Konservləşdirilmiş yaşıl noxud – 50 qr
Duzlu kələm – 150 qr
1 ədəd baş soğan
Zövqə görə duz, İstiot
Bitki yağı – 5 x q

Reseptura qaydası:


Bütün tərəvəzlər xırda kub formasında doğranılır. Çuğundurun rənginin digər tərəvəzlərə çıxmaması üçün onu kasaya qoyub bitki yağı ilə qarışdırırıq. Qalan bütün digər tərəvəzi də əlavə edib, duzlayıb – isyiotlayırıq, noxud və bibərlə bəzəyirik.
Top