Bananlı-kəsmikli zapekanka

Bananlı-kəsmikli zapekanka

Tərkibi (6 pay): 
100 ml 20-22%-li qaymaq
50 q şəkər tozu
3 yumurta
60 q un
500 q kəsmik
2 banan
20 q kərə yağı 

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çalın. Qaymaq əlavə edib, yenə çalın. 
Kəsmiyi, unu əlavə edin, yaxşıca qarışdırın. 
Bananı kubik doğrayın, kəsmikli qarışığa əlavə edib qarışdırın. 
Sinini kərə yağı ilə yağlayın, qarışığı içinə tökün. 
180 dərəcə qızdırılmış sobada 40 dəqiqə, üstü qızılı rəng alanadək bişirin.
Top