Tərkibi:
qoyun əti – 330q
baş soğan 0 60q
göysoğan – 40q
cəfəri və reyhan
sumaq – 3q,
və ya nar şərab – 5q
duz,istiot
Hazırlanması:
Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında haqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.