Tərkibi:
1.5 stəkan düyü unu
2 stəkan isti süd
1 qəhvə əridilmiş marqarin yağı
1 fincan əridilmiş kərə yağı
1 stəkan badam
2 stəkan toz şəkər
Üstü üçün:
Xırdalanmış badam
Hazırlanması:
Toz şəkəri südə əlavə edib əridin. Düyü ununu kərə yağı və marqarin qarışığına əlavə edərək taxta qaşıqla davamlı olaraq qarışdırın. Badamları əlavə edib qovurmağa davam edin. Şəkərli südü yavaş-yavaş əlavə edib qarışdırın. Kiçik odda bişirərək südün tərkibinə yaxşıca hopmasını gözləyin. Hazır olanda soyumağa qoyun. Soyuyan şirniyyatdan qaşıqla götürüb forma verin. Üzərini badamla bəzəyib süfrəyə verin.