Ətli dovğa

Ətli dovğa


Xammalların miqdarı dovğada verildiyi kimidir. Əlavə olaraq 400 qr yumşaq qoyun əti, 60 q noxud götürülür.

Əvvəlcədən isladılmış noxud ayrıca qazanda yarım bişmiş vəziyyətə gələnə qədər qaynadılır.

Sonra ət qiyməsindən hər paya 5-6 əd xırda küftəcik hazırlanır və noxudla birlikdə bişirilir.

Bişmiş noxud və küftəciklər hazır dovğaya qarışdırılır.

Ətli dovğa süfrəyə isti halda verilir. Üzərinə darçın da səpilə bilər.

Top