Tərkibi:
85 q düyü unu
650 q şəkər tozu
280 q fındıq ləpəsi
35 q yumurta ağı
1 q limon turşusu
2 q keşniş toxumu
Hazırlanma qaydası:
Şəkər tozunu suda qaynadın, limon turşusu əlavə edib tərkibində 5-6% su qalanadək bişirin. Bişmiş karamel kütləsini çala-çala soyudun. İstiliyi 50-60 dərəcə C olanda üzərinə yumurta ağı əlavə edib çalmağı sürətləndirin. Çalınmış kütləyə xırdalanmış fındıq ləpəsi və keşniş toxumu qarışdırın. 8-10 mm qalınlıqda 10×15 sm ölçüdə forma verin. Üzərinə qovrulmuş düyü unu səpin.
Nuş olsun!
Foto: Hüseyn Hüseynzadə