Yumurta ruleti

Yumurta ruleti

İnqredientlər:
6 yumurta
300 q mayonez (omlet üçün)
150 q mayonez (iç üçün)
3 qutu yumşaq pendir 
2 diş sarımsaq
xırdalanmış qoz

Hazırlanması:
Yumurta və mayonezi mikserlə çalın.
Tavanın içinə perqament qoyun, yumurtanı onun üzərinə boşaldıb omlet alınana qədər bişirin.
Ərinmiş pendiri əzib, mayonez, əzilmiş sarımsaq və qoz qatıb qarışdırın.
Omleti kağızdan aralayın. İçi onun üzərinə bərabər yayın. sonra perqamentin köməyilə rulet kimi bükün. Qida sellofanına büküb 2 saat soyuducuda saxlayın.  Nuş olsun!
Top