Xurmalı peçenye

Xurmalı peçenye

Tərkibi:
6 xörək qaşığı kərə yağı
1.5 su stəkanı un
1 çay qaşığı gül suyu
1 çay qaşığı portağal suyu
3 xörək qaşığı su

İçi üçün:
20 qr xurma 1/4 çay qaşığı portağal suyu

Üstü üçün…
Pudra şəkəri

Xurmalı peçenyenin hazırlanması:
İçi üçün, xurmaları kiçik parçalara bölün. İsti su və portağal suyunu əlavə edin. Püre halına gələnə qədər çırpın. Soyuması üçün gözləyin.
Xəmiri üçün, otaq istiliyindəki kərə yağını una əlavə edib qarışdırın. Gül suyu, portağal suyu və suyu əlavə edərək sərt bir xəmir əldə edin.
Xəmirdən kiçik kündələr qopardıb ortalarını açaraq xurma püresindən paylaşdırıb bağlayın.
Peçenyeləri az yağlanılmış soba qabına yerləşdirin. Çəngəllə üzərlərini dəlin. 180 dərəcəli sobada 20 dəqiqə bişirib soyumağa qoyun. Soyuduqdan sonra üzərinə pudra çəkəri səpib süfrəyə verin. Nuş olsun!

Top